Erməni xalqı Sarkisyanın istefasını tələb edir
09 Aprel 2011 Şənbə 22:18
İrəvanın mərkəzində Ermənistan Milli Konqresi istefa tələbi ilə kütləvi aksiya keçirib.
Ermənistan müxalifəti prezident Serj Sarikisyanın istefası tələbi ilə İrəvanda kütləvi mitinq keçirib. Polisin maneələrinə baxmayaraq mitinq iştirakçıları Azadlıq meydanına daxil ola biliblər.

İrəvanda Ermənistan Milli Konqresi növbəti etiraz aksiyasını keçirib. Mitinq iştirakçıları qarşısında çıxış edən Ermənistan müxalifətinin lideri, eks-prezident Levon Ter-Petrosyan Sarkisyan qarşısında irəli sürdükləri 15 şərtdən 3-nün təcili yerinə yetirməyə çağırıb.

O bildirib ki, 1 mart mitinqində onlar hakimiyyətə 15 bənddən ibarət proqram qəbul ediblər. Onun sözlərinə görə, lakin bu şərtlərdən 3 bəndini onlar xüsusilə vacib sayırlar: “Bunlar siyasi məhbusların azad olunması, Azadlıq meydanında mitinqin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması, 2008-ci iliin 1 mart hadisələri zamanı öldürülən şəxslərin günahkarlarının cəzalandlırılmasıdır. Hakimiyyətlə dialoq qurulması və digər problemləri həllə etmək üçün bu tələblərin yerinə yetirilməsi vacibdir. Bunlar aradan qalxmayınca hakimiyyətlə dialoqdan söz gedə bilməz”.

L. Ter-Petrosyan deyib ki, 28 aprel ya dialoq günü olacaq, ya da hakimiyyəətlə cəmiyytin sonuncu qərarı olacaq: “Ümid edirik ki, dialoq yaratmaq üçün hakimiyyət 28 aprel mitinqinə qədər bu 3 tələbimizi yerinə yetirəcək. Əgər bu baş verməsə Ermənistan Milli Konqressi dialoqu tükənmiş hesab edəcək və öz fəaliyytəinin taktikasını dəyişəcək. Biz hakimiyyətlə ultimatumla danışmaq istəmirik. Lakin xalqın səbri tükənib”.

L. Ter-Petrosyan bəyan edib ki, müxalifət hakimiyyətin inqilabi yolla dəyişdirilməsi yolunu, Azərbaycanın Ermənistanın daxilindəki gərginlikdən yararlanaraq hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlandığından tutmur. Lakin şərtlər yerinə yetirilməsə inqlab qaçılmazdır. Müxalifət lideri ölkədə yalnız 2 qüvvənin EMK və hakimiyyətin olduğunu, üçüncü qüvvənin isə olmadığın bildirib.

Qeyd edək ki, aksiyada minlərlə insan iştirak edib. Matenadaran meydanı qarşısında başlayan aksiyanın iştirakçıları daha sonra Azadlıq meydanına doğru yürüş ediblər. Onların sayı çox olduğundan polis mitinq iştirakçılarına mane ola bilməyib və aksiya Azadlıq meydanında davam edib. Əsas şüarları isə prezident Serj Sarkisyanın istefasını tələb etmək olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar