Erməni uşaqlar bu il bağça və məktəblərə gedə bilməyəcəklər
20 Dekabr 2009 Bazar 01:30
Elm və Təhsil Nazirliyi bağça və məktəblərdə karantin müddətini uzatdı
Ermənistandakı uşaq bağçaları və məktəblərdə qriplə bağlı elan edilmiş ikihəftəlik karantin ilin sonunadək uzadılıb. Bu barədə qərarı ölkənin elm və təhsil naziri Armen Aşotyan qəbul edib.
Səhiyyə naziri Arutyun Kuşkanyanın tövsiyyəsini nəzərə alan təhsil naziri karantinin dekabrın 28-dək uzatmaq qərarına gəlib. Qərardan əvvəl iki nazirlik arasında epidemioloji vəziyyətlə bağlı məsləhətləşmələr aparılıb.
Elm və təhsil nazirinin imzaladığı əmrə əsasən, ölkədəki məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərinin fəaliyyəti dekabrın 21-dən 28-dək dayandırılır. Ümumtəhsil məktəblərdə birinci yarım il üçün qiymətləndirmə prosesi yanvarda yekunlaşdırılacaq.
Xatırladaq ki, qrip epidemiyası üzündən Ermənistanda dərslər dekabrın 8-dən 19-dək təxirə salınmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: