Erməni Uruqvayda nazir müavini oldu
29 Dekabr 2009 Çərşənbə Axşamı 00:05
Lilian Keşişyan əvvəllər deputat olub, sonra isə seçicilərin etimadını qazanmayıb
Uruqvayın yeni prezidenti Xose Muxika ölkənin turizm və idman nazirinin müavini vəzifəsinə milliyyətcə ermənini təyin edib. Lilian Keşişyan əvvəllər Uruqvay parlamentinə seçilmiş ilk erməni qadın olub. Lakin son seçkilərdə o parlamentə düşə bilməyib. Lilian Keşişən 2005-ci ildə Ermənistanda səfərdə olub.

Xatırladaq ki, Uruqvay qondarma erməni soyqırımını tanıyan ölkələrdən biridir. Bu ölkə ilə Azərbaycanın da diplomatik əlaqələri var. Diplomatik əlaqədər 12 yanvar 1995-ci ildə başlayıb. 1 oktyabr 2007-ci ildə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Uruqvay Şərq Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlasma Memorandum”u imzalanıb, 23 noyabr 2007-ci il tarixində təsdiq edilib və 8 fevral 2008-ci il tarixində isə quvvəyə minib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar