Erməni terror təşkilatı ASALA Türkiyəni hədələyib
20 Avqust 2012 Bazar Ertəsi 12:36
Türkiyənin Suriyanın erməni icmasının təhlükəsizliyini təhdid edən istənilən birbaşa və ya dolayı hərbi əməliyyatı cavabsız qalmayacaq.
APA-nın məlumatına görə, bu bəyanatla ASALA erməni terror təşkilatı çıxış edib.

Erməni və xarici mətbuatda ingilis dilində dərc olunan bəyanatda qeyd olunur ki, Türkiyənin qonşu dövlətlərə qarşı yeritdiyi siyasət yekunda onun özünün regionda təcrid olunmasına aparır: «İraqın suverenliyinə təhlükə, Suriyadakı böhrana birbaşa hərbi müdaxilə, Ermənistanın 20 illik blokadası, İrana qarşı ikiüzlü siyasət, Kipr və Yunanıstana qarşı torpaq iddiaları, kürdlərin təqib olunması Türkiyəni regionda qeyri-sabitlik mərkəzinə çevirib».

«Biz Türkiyənin proqressiv ictimaiyyəti və ziyalılarını xəbərdar edirik ki, Osmanlı imperiyasının bərpası ideyası əvəzində onlar öz qaranlıq keçmişi ilə barışmalı, digər xalqların və qonşu dövlətlərin hüquqlarına hörmətlə yanaşmalıdır. Əks halda bu, əsrlərlə Türkiyəyə qarşı toplanan nifrəti və düşmənçiliyi daha da artıracaq», - deyə bəyanatda vurğulanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar