Erməni sülhməramlıları Əfqanıstanda kilsə tikib
26 İyul 2010 Bazar Ertəsi 13:25
Yepiskop Vrtanes Abramyan isə onu müqəddəs elan edib.
Əfqanıstanın Qunduz şəhərinə dislokasiya olunmuş erməni sülhməramlıları orada özləri üçün kiçik kilsə inşa ediblər. Əfqanıstana səfər çərçivəsində Ermənistan silahlı qüvvələri hərbi ruhanilərinin rəhbəri, yepiskop Vrtanes Abramyan bu kiçik kilsəni müqəddəs elan edib.

Xatırladaq ki, yepiskop Vrtanes Abramyan Ermənistanın müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Əfqanıstanda səfərdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar