Erməni soyqırımı İsrail Knessetində qızğın debatlara səbəb oldu
26 Dekabr 2011 Bazar Ertəsi 16:33
Aleks Miller: "Fransanın etdiyini İsrail edə bilməz, tarixin öyrənilməsi müttəfiqlərimizlə münasibətləri pozmamalıdır"
"Biz Parisdə deyilik. Fransızlar kimi daxili siyasi səbəblərə görə qondarma erməni soyqırımını tanımalı deyilik". Bunu İsrail Knessetinin təhsil, mədəniyyət və idman komissiyasının rəhbəri Aleks Miller “erməni soyqırımı”nın tanınmasına həsr edilmiş iclasda bildirib. A.Miller əlavə edib ki, müzakirələr zamanı “erməni soyqırımı” qanun layihəsinin qəbulunun tərəfdarları arasında Knessetin spikeri Reuven Rivlin və parlament koalisiyasının sədri Zyeev Elkin olub.

“Bir çoxları Parisi barmaqla göstərir, fransızlar Türkiyə ilə üz-üzə gəlməkdən çəkinmədilər. Lakin anlamaq lazımdır ki, hər bir ölkənin öz prioritetləri var. Fransanın etdiyini İsrail edə bilməz. Fransanın qondarma erməni soyqırımını qəbul etməsi üçün daha çox səbəbləri var”, - deyə o vurğulayıb.

Aleks Miller dediklərinə aydınlıq gətirmək üçün əlavə edib ki, o, Fransadakı 600 minlik erməni icmasını nəzərdə tutur: “Fransanın bu addımı 600 min ermənidə xüsusi rəğbət oyatdi ki, bu da sözsüz Nikolya Sarkoziyə yaxınlarda keçiriləcək seçkilərdə öz təsirini göstərəcək”.

İsrail Knessetinin təhsil, mədəniyyət və idman komissiyasının rəhbəri Aleks Miller israilli deputatlara fransalı həmkarlarının hərəkətlərini təkrarlamamağı məsləhət görüb: “Təkrar edirəm ki, biz akademik və tarixi disputu siyasi cəncələ çevirməməliyik. Biz tarixi faciələrin təkrarlanmaması üçün öyrənməliyik. Tarixin öyrənilməsi müttəfiqlərimizlə mübahisəli məsələlərə görə münasibətləri pozmamalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar