Erməni soyqırımı ilə bağlı məsələ Fransa Senatının gündəliyinə daxil edilməyib
29 Dekabr 2011 Cümə Axşamı 01:13
Qondarma “soyqırımı” barədə qanun layihəsinin müzakirəsi sual altına düşüb.
Fransada “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Senatın gündəliyinə daxil edilməyib. Bunu hakim UMP (Xalh hərəkatı uğründa İttifaq) partiyasından olan senator Roje Karuçi deyib. ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, bu barədə “Le Figaro” qəzeti yazıb. “Senatın fevralın əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur. Dekağrda keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib”, - parlamentlə əlaqələr üzrə keçmiş nazir bildirib.
Senator onu da deyib ki, əgər yanvarın sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun alyihəsi parlament tərəfindən qəbul edilməyəcək. Çünki fevralın sonu-martın əvvəllərində parlament prezident seçkiləri kampaniyası ilə əlaqədar fəaliyyətini dayandıracaq.
“Senatın nümayəndələr konfransı (gündəliyi təyin edən orqan) yanvarın 10-da keçirilən toplantıda məsələnin gündəliyə salınması barədə qərar qəbul edə bilər”, - Roje Karuçi əlaə edib.
DOSTLARINLA PAYLAŞ: