Erməni siyasətçinin acı etirafı
02 May 2013 Cümə Axşamı 11:07
Aram Manukyan ölkəsi ilə bağlı açıqlamalar verib.
Hər gün bu Cənubi Qafqaz ölkəsini tərk edənlərin sayı günbəgün artır". Bu barədə "Joxovurd" qəzeti yazıb. Qəzetin məlumatına görə, bu ilin 3 ayı ərzində Ermənistanı 35 min 300 nəfər tərk edib. Bu, ötən ilin analoji tarixi ilə müqayisədə 10 min nəfər çoxdur. Qəzetin fikrincə, bu, sadəcə respublika əhalisini yoxsullaşdıran ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar deyil, eləcə də ictimaiyyəti vəziyyətin yaxşılaşmasına yardım edəcək dəyişikliklərə olan ümidləri puç edən saxtalaşdırılmış prezident seçkilərinin nəticəsidir.
Bu gün ölkədə bir nömərli problem miqrasiyadır. Məsələ ilə bağlı açıqlamanı Erməni Milli Konqresinin katibi Aram Manukyan konfras zamanı bildirib. Onun sözlərinə görə, ölkəni tərk edənlərin sayı prezidentin inauqurasiyasından sonra nəzərə çarpacaq dərəcədə artıb. Manukyan deyir ki, bu proses davam edərsə, 5 ildən sonra Ermənistanda nə işçi qüvvəsi, nə gənclər qalacaq: "Təbii ki, orduya da mənfi təsir göstərəcək".
Siyasətçinin sözlərinə görə, paradoks ondan ibarətdir ki, bu gün Ermənistanı nəinki yoxsullar, eyni zamanda ölkənin gələcəyinə inanmayan zəngin iş adamları tərk edir.
DOSTLARINLA PAYLAŞ: