Erməni serialları zorakılığı təbliğ edir
26 İyul 2012 Cümə Axşamı 18:41
Teleseriallarda zorakılıq hallarının artması ajiotaja səbəb olub.
Ermənistanın “Zorakılıqsız cəmiyyət” adlı təşkilatı ajiotaj yaradıb. ANS PRESS-in “Armtoday”a istinadən verdiyi məlumata görə, bütün Ermənistanı ayağa qaldıran bu səs-kuya səbəb son zamanlar Ermənistan telekanallarında nümayiş olunan erməni teleseriallarında zorakılıq hallarının həddən artıq artmasıdır.
Təşkilatı narahat edən odur ki, erməni seriallarında qadınlara qarşı zorakılıq halları, seksual ifadələrin işlədilməsi, seriallarda qadınların ağlaması xeyli artıb. Seriallarda qadınların əziyyət çəkmələri süjetləri çoxalıb ki, bu da erməni cəmiyyətində narahatçılığa ciddi səbəb yaradıb.
Hətta vəziyyət o yerə çatıb ki, “Ermənistan” telekanalında nümayiş olunan “Çətin həyat” serialı reytinqdə bütün verilişləri üstələyir. Əslində, Ermənistanın etiraf edə bilmədiyi və xalqdan gizlətməyə çalışdığı həqiqət bu gün bu serialda öz əksini tapıb. Görünür, elə bu səbəbdəndir ki, bu serial Ermənistanda ən reytinqli serial olub. Buradan bir daha məlum olur ki, özünü bir zamanlar bütün dünyaya Dağlıq Qarabağ müharibəsində göstərmiş erməni zorakılığı indi də öz millətinə qarşı seriallarla yönəlib.
DOSTLARINLA PAYLAŞ: