Erməni savadsızlığı
02 Yanvar 2011 Bazar 19:20
ABŞ-dakı erməni diasporunun lideri ölkə Konstitusiyası ilə tanış deyil
“Daşnaksyutun" ekstremist partiyasının Vaşinqtondakı "Ay Dat" ofisinin başçısı Aram Ambaryan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, "senatorlar Barbara Bokser və Robert Menendes Prezident Barak Obamaya Mətyu Brayzə kimi problem yaradan və qərəzli səfiri təyin etməmək və bu problemdən canını qurtarmaq imkanı yaradıblar". Onun sözlərinə görə, Barak Obamanın Konqresin rəyini nəzərə almadan yeni səfirlərin təyinatını verməsi onların legitimliyini sual altına qoyur. Ambaryan deyib: "Amerika hökuməti üçün bu, müharibə ilə hədələyən Azərbaycanı və onun müttəfiqlərini daim razı salmaq və sakitləşdirmək siyasətinə son qoymaq fürsətidir".

Xatırladaq ki, senatorlar Barbara Bokser və Robert Menendes, uzun müddətdir ölkə pensiyaçılarını qarət edən və oğurladıqları büdcə vəsaiti hesabına çirkli pullara həris, rüşvət xətrinə uzaq cırtdan dövlətlərin maraqlarını vətənlərinin mənafelərindən üstün tutan ABŞ qanunvericilərini öz tərəfinə çəkən erməni diasporunun himayəsindədirlər. “Ağ Ev”də bunu gözəl görür və anlayırlar. Elə buna görə də “Ağ Ev”in başçısı satqın konqresmenlərin iradlarına məhəl qoymamağı, Azərbaycana və Türkiyəyə səfirləri təyin etməyi qərara alıb. "Ay Data"nın boşboğazlarının nəzərincə, ermənilərin aşıb-daşan ambisiyalarını rədd edənlər "problemli" və "qərəzli"dirlər.

Ambaryanın ABŞ Prezidentinin səfirləri Senatın rəyini nəzərə almadan təyin etməsini "qeyri-legitim" adlandırması onun siyasi savadsızlığından irəli gəlir. "Azadlıq" radiostansiyasına müsahibə verməzdən və savadsızlığını nümayiş etdirməzdən əvvəl Ambaryan uzun illər bundan əvvəl onun əcdadlarına sığınacaq vermiş ölkə Konstitusiyasını öyrənməli idi. ABŞ Konstitusiyasına görə, Prezidentin müxtəlif vəzifələrə təklif etdiyi namizədləri Senat təsdiq edir, ancaq Konqres tətildə olanda Prezidentin kadr təyinatları etmək hüququ var. Konstitusiyaya görə, Prezidentin fərmanı namizədlərə yeni vəzifələrinin icrasına Senatın təsdiqini gözləmədən, Konqresin növbəti sessiyasının sonunda onlar təsdiq edilənədək başlamaq imkanı verir. Barak Obamanın Mətyu Brayzəni və Frensis Rikardoneni müvafiq olaraq Azərbaycana və Türkiyəyə səfir təyin etməsi Konstitusiyanın müddəalarına əsasən necə "qeyri-legitim" ola bilər? Bu suala səfeh bəyanatın müəllifi özü də cavab verməkdə çətinlik çəkər.

Azərbaycanın müharibə hədələrinə gəldikdə isə biz yalnız Aram Ambaryanın sözlərini təsdiq edə bilərik: erməni diasporunun qanını sovuran digər obyekt - Ermənistan Respublikası əzəli Azərbaycan torpaqlarını azad etməsə, Azərbaycan Ordusunun zəfər yürüşü, həqiqətən, qaçılmaz olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar