Erməni qızla türk gəncin evliliyi faciə ilə nəticələndi
13 Dekabr 2010 Bazar Ertəsi 17:05
Qızın qardaşı məsələni "birdəfəlik" həll edib
Türkiyədə erməni qızla türkün evlənməsi dəhşətli faciə ilə nəticələnib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, hadisə İstanbulun Fatih küçəsində baş verib. Olay yerinə gələn polis maşında iki nəfərin meyitini aşkar edib. 29 yaşlı Zəkəriyyə Vurəli və 26 yaşlı Sonay Vurəli odlu silahladan açılan atəş nəticəsində qətlə yetiriliblər.

Araşdırma nəticəsində məlum olub ki, cütlük 10 gün bundan qabaq evlənibmiş. Hadisədə milliyyətcə erməni olan Z. Vurəlinin qardaşı şübhəli bilinib. O, polisə ifadəsində bildirib ki, ailəsi bacısının bu evliliyinə qarşı olub: “Biz söhbət etmək üçün kafedə görüşdük. Zəkəriyyə mənə dedi ki, artıq hər şey bitib və onların işinə qarışmayın. Eyni sözləri bacım da təkrarladı. Kafedən çıxıb, maşına minəndə onları öldürdüm”.

Türkiyə KİV-nin məlumatına görə, iki ailə arasında düşmənçilik çoxdan var imiş. Belə ki, bəy müsəlman olduğundan gəlinin ailəsi bu nigaha qarşı olub. Hətta Sonay Vurəli sui-qəsdə əl atacağı ilə ailəsini hədələyib. Bəzi mənbələrin məlumatına görə isə “Leylinin dərdindən Məcnun” olan bəy dinini də dəyişməyə hazırlaşırmış. Hamıya qarşı çıxan cütlük ailələrindən gizli evlənib və qızın ailəsi qərara alıb ki, bu "ləkə" ancaq qanla silinə bilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar