Erməni “qanuni oğru” qazdığı quyuya özü düşdü
10 Oktyabr 2013 Cümə Axşamı 23:03
İnquş səhra komandiri Gevoriki yiyəsiz küçə uşağı vəziyyətinə salıb.
Moskvanın şimal-şərqində bu bazar keçirilmiş “oğru” mühakiməsində 31 yaşlı erməni “qanuni oğru” öz qazdığı quyuya özü düşüb. ANS PRESS “Praym Kraym” portalına istinadən bildirir ki, Gevorik Neftekamski adlanan Gevorq Qriqoryan “xalça üstünə” inquş səhra komandiri Əhməd Yevloyev tərəfindən təyin edilmiş “nəzarətçi”ni çağırıb. Amma məsələni çürütməyə həmin nəzarətçi yox, Əhmədin özü gəlib. Nəticədə erməni “qanuni oğru”nun mühafizəçisi bıçaq yarası alıb. Gevorikin başında isə butılka sındırılıb. Gevorikə keçən ilin dekabr ayında Ded Hasan tərəfindən “qanuni oğru” adı verilmişdi.
Oğru qanunlarına görə, Gevorikin bu cür alçaldılmasının cavabı verilməli idi. Amma onun həmkarları bu cür biabırçılığın günahını Gevorikin özündə görürlər. Bu cür önəmli məsələyə girişən zaman o, öz təhlükəsizliyi barədə tədbir görə bilməyib.
DOSTLARINLA PAYLAŞ: