Erməni “qanunda oğlu” “Rubik-professor” Moskvada öldü
22 Yanvar 2011 Şənbə 03:45
“Yaponçik”in arvadının ikinci ərinin cənazəsi bazar günü İrəvana göndəriləcək.
Erməni “qanunda oğru”, “Professor” ləqəbli Ruben Sarkisyan Moskvada uzun sürət xəstəlikdən sonra ölüb. Sabah Rusiya paytaxtında onunla vida mərasimi keçiriləcək, yanvarın 23-də isə cənazəsi İrəvana göndəriləcək.

“Professor” sovet illərində “Spartak” idman cəmiyyətinin şahmat üzrə məşqçisi olub. O, daim Moskvada yaşayıb. “Professor”un tərcümeyi-halında ən diqqətçəkən məqam Vyaçeslav İvankovdan (“Yaponçik”) sonra Kalya Nikiforovanın (kriminal aləmdə “xaç anası” adlandırılan “Kalina”) əri olmasıdır.

Vaxtilə mətbuatda Dövlət Təhlükəsizlik Komitəsinin operativ məlumatından (dekabr, 1986-cı il) çıxarış dərc edilmişdi: “Cinayətkarların böyük qrupu, “qanunda oğrular”, dələduzlar və digərləri yaxın vaxtlarda Leninakan (Ermənistan) aeroportunda xaricə uçmaq üçün təyyarə ələ keçirməyi planlaşdırırlar. Onların özləri ilə qiymətli metal, əntiq və digər qiymətli əşyalar götürməsi mümkündür. Əsas rol “Kolxoz meydanı”nda pivə barının müdiri Kalya Nikiforovaya və onun əri, “qanunda oğlu”, “Rubik-professor” ləqəbli Ruben Sarkisyana məxsusdur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar