Erməni qadınları doğmaq istəmir
14 İyul 2012 Şənbə 21:02
Ermənistandakı sosial vəziyyətin ağırlığı qadınları dilə gətirdi.
Ermənistan Dövlət Statistika Xidməti İdarəsi ərdə olan 15-49 yaşlı 5 922 qadın arasında dünyaya uşaq gətirməklə bağlı sorğu keçirib. Sorğuda iştirak edən qadınların 68 faizi indiki dövrdə uşaqlarının olmasını istəmədiklərini bəyan edib.
Onlar bunu iqtisadiyyatı tənəzzülə uğramaqda olan ölkədə sosial vəziyyətin ağırlığı və ailəni dolandırmağın çətinliyi ilə əlaqələndiriblər. Sorğuda iştirak edənlərin 19 faizi cavab verməkdən imtina edib. İştirakçılarından 13 faizi isə yalnız 2 ildən sonra uşaq dünyaya gətirmək arzusunda olduğunu bildirib.
Onlar bir müddətdən sonra ölkə iqtisadiyyatında əsaslı dəyişiklərin baş verəcəyini və həyat şəraitinin yaxşılaşacağını ehtimal edirlər. Lakin yerli ekspertlər gümanla yaşayan qadınların gələcəkdə həyat səviyyəsinin yaxşılaşacağı barədəki arzularını alt-üst ediblər. Onlar korrupsiyaya qurşanmış dövlət və hökumət rəsmlərinin varlanmaq ehtiraslarının artıq qarşısıalınmaz həddə çatması, qanunlara əməl olunmaması və iqtisadiyyatın tənəzzülə uğraması səbəbindən əhalinin vəziyyətinin daha da ağırlaşacağı proqnozunu veriblər.
DOSTLARINLA PAYLAŞ: