Erməni qadın 1 flakon ətrə görə qonşusunu öldürüb
10 Avqust 2013 Şənbə 21:26
31 yaşlı Diananın 12 yaşlı oğlu körpələr evinə verilib.
Ermənistanın Stepanavan şəhərində 31 yaşlı qadın qonşusunu 1 flakon ətrə görə öldürüb. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Diana adlı qadın yaxın qonşusu və dostu olan Kareni bıçaqla vurub. Təcili yardım maşını gələnə qədər o keçinib.
36 yaşlı Karenin anası xaricdə yaşayır. O müxtəlif mallar göndərirmiş və oğlu satırmış. Diana da ondan ətir alıbmış, ancaq pulunu verə bilmirmiş.
Karen qonşusundan ətirin pulunu almağa gəlibmiş və bu görüşün sonu qətllə nəticələnib. Hadisə vaxtı hər ikisi sərxoş olub. Diananın 12 yaşlı oğlu körpələr evinə verilib.
DOSTLARINLA PAYLAŞ: