Erməni parlamentinin arzuları
07 Dekabr 2009 Bazar Ertəsi 11:30
Erməni parlamentinin arzuları. Gürcüstan mətbuatı erməni deputatının Tiflisin qondarma erməni soyqırımını tanıyacağı ilə bağlı bəyanatına sərt reaksiya verib.
Gürcüstan mətbuatı erməni deputatının Tiflisin qondarma erməni soyqırımını tanıyacağı ilə bağlı bəyanatına sərt reaksiya verib. Qruziya Online agentliyinin bununla bağlı xəbərində deyilir ki, erməni parlamenti xəyallarını həqiqət kimi qələmə verib.

Xatırladaq ki, Ermənistan parlamentinin deputatı Şirak Torosyan bildirib ki, Gürcüstan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mane olmaq məqsədilə Türkiyəyə Osmanlı İmperiyasında baş verən hadisələri "soyqırım" kimi tanıyacağı ilə hədələyib. Bu barədə Ermənistanın “Arovat” qəzeti yazıb.
Torosyanın sözlərinə görə, “son zamanlar Gürcüstanda erməni soyqırımının tanınmasına dair bəzi proseslər qeydə alınır”.
Ancaq Torosyan özü üçün geri çəkilməyə də yer qoyub və Gürcüstan tərəfindən yaxın zamanlarda qondarma soyqırımın tanınması imkanını istisna edib.

Gürcüstan mətbuatı isə yazır ki, bu məsələ ümumiyyətlə gündəlikdə deyil və hətta müzakirəsi belə aparılmır. Bundan başqa, regionda baş verən proseslər nəzər alınarsa, bu məsələdə yaxın illərdə hansısa irəliləyişin olacağı da istisnadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar