Erməni ordusu mülki şəxslərin maşınlarından istifadə edəcək
08 Dekabr 2009 Çərşənbə Axşamı 18:15
Bu barədə Ermınistan parlamentində qanun qəbul edilib
Ermənistan parlamentariləri bu gün üçüncü sonuncu oxunuşda “Müdafiə məqsədilə nəqliyyat vasitlələrindən istifadə haqqında” qanun layihəsini və "Mobil hazırlıq və mobilləşmə" haqqında qanuna dəyişikliyi qəbul ediblər.
Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan deyib ki, qanun layihəsi müdafiə sahəsində dövlət siyasətinin əsaslarını dəqiqləşdirmək və Ermənistan silahlı qüvvələrinin müharibəyə hazrlıq səviyyəsini artırmaq üçün nəzərdə tutulub.
Məsələn, sülh şəraitində nəqliyyat vasitələri təlim toplanışlarında, komanda-qərargah və qərargah təlimlərində, manevrlərdə istifadə edilə bilər, döyüş vəziyyətində isə mülkiyyətçi məlumatlandırıldıqdan sonra nəqliyyat vasitələri erməni ordusunda istifadə edilə bilər. Bundan baqşa, müvafiq orqanlar sülh şəraitində nəqliyyat vasitələri ilə bağlı informasiya yığmalıdırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: