Erməni oliqarxlar ölkəni tərk etməyə hazırlaşır
09 Oktyabr 2010 Şənbə 22:45
Artıq məsələ ilə bağlı xarici dövlətlərin rəhbərlərindən zəmanət almağa çalışırlar.
Ermənistanın “Yeni zamanlar” partiyasının lideri Aram Karapetyan bildirib ki, erməni oliqarxlar ölkəni sürətlə tərk edə bilmək üçün hazırda zəmin hazırlamaqla məşğuldurlar. Bu barədə A.Karapetyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Yeni zamanlar” partiyasının sədri qeyd edib ki, erməni oliqarxlar öz təhlükəsizliklərini təmin etmək məqsədilə xarici dövlətlərin başçıları ilə danışıqlar aparırlar. Oliqarxlar ölkəni tərk etmək məcburiyyətində qalacaqları təqdirdə onların Ermənistana təhvil verilməyəcəkləri barədə xarici dövlətlərin rəhbərlərindən zəmanət almağa çalışırlar.
Təkcə konkret oliqarxların deyil, çoxlarının MDB ölkələrinin başçıları ilə yanaşı, həmçinin məsələn, Böyük Britaniya ilə də danışıqlar apardığını bildirən A.Karapetyan vurğulayıb ki, Ermənistanda yalnız sahibkarlar deyil, eyni zamanda müxtəlif dövlət idarələrində yüksək postlarda çalışanlar da oliqarx sayılırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: