Erməni nümayişçilər kötəkləndi
19 Fevral 2010 Cümə 17:20
İrəvanda müxalif gənclərlə polis arasında toqquşma baş verib
Bu gün İrəvanda müxalifətdə olan Erməni Milli Konqresinin gənclər qanadı etiraz aksiyası keçirib. Aksiya zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib.
“Panarmenian” saytının yaydığı məlumata görə, daha öncədən aksiyanın Mərkəzi Seçki Komissiyasının binası önündə başa çatması planlaşdırılsa da, sonradan nümayişdə iştirak edə 60-70 nəfər gənc müxalifətçi Respublika meydanına doğru irəliləməyə çalışıb. Polis sipərini yarmaq istəyən etirazçılara qarşı isə güc tətbiq edilib.
Hazırda aksiya iştirakçıları həmin ərazidə “azadlıq” şüarları səsələndirirlər. Müxalif gənclərlə toqquşmanın baş verdiyi əraziyə isə xüsusi təyinatlılar çağırılıb.
Aksiya zamanı xəsarət alanlar barədə isə məlumat verilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: