Erməni nazirlər əsgər analarının üzünə belə baxmadılar
20 İyul 2012 Cümə 12:27
Ermənistan ordusunda ölən hərbçilərin valideynləri hökumət binasına hücum çəkiblər.
Xəbər verdiyimiz kimi, Ermənistan ordusundə ölən hərbçilərin valideynləri hökumət binasına hücum ediblər. Onlar hər həftənin cümə axşamı binanın qarşısında etiraz aksiyası keçiriblər.

Orduda ölən əsgərlərin anaları baş nazir və müdafiə naziri ilə görüşməyi tələb ediblər. Onlar nazirlərlə görüşüb cavab almadan binanı tərk etməyəcəklərini bildiriblər. Orduda öldürülən əsgərlərdən birinin valideynlərinin sözlərinə görə, onlar illərdir hər cümə axşamı hökumət evinin qabağına toplaşıb, problemlərini deyirlər. "Əvvəl axır nazirlər bizim uşaqların qətli ilə bağlı maraqlanmalıdırlar. Nədir, bizim uşaqlar orduya göndərib sonrada orada öldürmeək üçün olan oyuncaq idilər?".

Valideynlər oğullarının ölümlərində günahı olanların cəzalandırılmasını tələb ediblər. Lakin onların bütün tələblərinə baxmayaraq, nə baş nazir, nə də ki, müdafiə naziri valideynlərlə görüşməyib. Onların əvəzinə isə qadınlarla hökumət aparatının idarə rəhbəri qəbul edib.

Ordudakı özbaşınalıqların qarşısını almaq üçün hökumət evinin binasına girən və nazirlərə görüşməmiş oradan çıxmayacaqlarını deyən valideynlər ancaq onlardan birinin vəziyyəti pisləşdiyi üçün binanı tərk ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar