Qəza nəticəsində ümumilikdə 4 nəfər xəsarət alıb.
Bu gün səhər saat 08:00 radələrində Ermənistanın idman nazirinin oğlu yol qəzası keçirib.
ANS PRESS-in “News.am” saytına istinadən verdiyi məlumata görə, nazir Yuri Vardanyanın oğlu Noray Vardanyan “Lexus” markalı, 24 LL 099 dövlət nömrə nişanlı avtomobildə gedərkən qarşıdan gələn “Qazel” markalı avtobusla toqquşub.
Qəza zamanı “Lexus” markalı avtomobili idarə edən 26 yaşlı Noray Vardaryan və “Qazel” markalı avtobusda olan digər 4 nəfər ağır yaralanıb.