Erməni müğənni: “Azərbaycanda konsert verməyə hazıram”
28 Aprel 2011 Cümə Axşamı 01:27
“Mənə bu məsələdə heç nə mane olmur, çünki heç vaxt siyasətlə maraqlanmamışam”
Ermənistanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi Emmi konsertlər və promoturlar çərçivəsində Azərbaycanda çıxış etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bunu News.am saytına açıqlamasında müğənninin özü Azərbaycanın müsabiqədəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın “Komsomolskaya pravda-Ukraina” qəzetinə açıqlamasına münasibət bildirərkən deyib. Emmi bildirib ki, Azərbaycandan dəvət alsa, bundan imtina etməz.

Erməni müğənninin fikrincə, müsiqi nə siyasət, nə milliyyət, nə də digər təfsilatı tanıyır: “Mənə bu məsələdə heç nə mane olmur. Çünki heç vaxt siyasətlə maraqlanmamışam. Əgər Azərbaycan nümayəndə heyəti tərəfindən konsertlə çıxış etmək dəvəti olsa, etiraz etmərəm. Bu, o demək deyil ki, mən vətənpərvər deyiləm, vətənimihi sevmirəm və ya hörmət etmirəm, ona nifrət edirəm. Əgər mən Azərbaycanda konsertlə çıxış etsəm, bu, nəyinsə dəyişməsi demək deyil. Mən valideynlərimdən çox eşitmişəm ki, onların vaxtında Azərbaycan müğənniləri və sənətşünasları ilə çoxsaylı əməkdaşlıq halları olub. O vaxt onlara siyasətlə bağlı heç nə mane olmayıb”.

Ermənistanın “Eurovision-2011”-dəki nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan isə deyib ki, əgər Eldar və Nigar müsabiqə çərçivəsində İrəvanda konsert vermək istəsələr, erməni tərəfi bundan imtina etməz. “Müğənnilər bu və ya digər blkəyə getmək arzularını ifadə edirlər. Qoy, onlar arzularını bildirsinlər, biz də onları sevgi ilə qəbul edərik. Biz müsabiqə iştirakçıları arasında fərq qoymuruq. Müsabiqə çərçivəsində ölkəmizə gəlmək istəyən istənilən qonaq üçün burda normal qəbul var”.

Qeyd edək ki, zərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal “Komsomolskaya Pravda” qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar bunlar ukraynalı oxucunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi, ora gedərdinizmi?” sualına cavab verərkən deyiblər. “Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq” - deyə Eldar və Ngar vurğulayıb.

“Eurovision” müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsi də Eldar Qasımov və Nigar Camalın açıqlamasına münasibət bildirib. Komitədən bildirilib ki, təmsilçilərin cavabı yerində və düzgün cavabdır: “Bu sual qaraşısında doğru cavab verilib. Musiqi və idman yarışları sərhəd tanımır. Bu cür yarışmalara siyasi don geyindirmək düzgün olmaz. Biz də bu kimi və digər yarışlarda qapımızı Ermənistana açırıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar