Erməni məktəbli bıçaqla bank yarmağa cəhd edib
02 İyun 2011 Cümə Axşamı 11:15
Erməni məktəbli silahla bank mühasibini təhdid edərək pulları tələb edib.
Ermənistanda 11-ci sinif şagirdi bank yarmağa cəhd göstərib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 17 yaşlı Andranik Arustamyan “Armekonombank”ın filialına daxil olaraq bıçaqla mühasibə hədə-qorxu gəlib və kassada olan pulları tələb edib.
Polisin məlumatına görə, hadisə 1 iyun tarixində baş verib. Belə ki, ötən gün polisin İcevan şöbəsinə həyəcan siqnalı daxil olub. Hadisə yerinə yollanan operativ qrup 11-ci sinif şagirdi 17 yaşlı Andranik Arustamyanı saxlayıb.
Hazırda Arustamyana qarşı cinayət işi qaldırılıb. İstintaq aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: