Erməni lobbisi ABŞ Konqresindəki dayaqlarından birini itirir
31 Dekabr 2009 Cümə Axşamı 12:05
Qondarma erməni iddialarının əsas dəstəkçilərindən olan Con Radanoviç Konqresə gələn ilki seçkilərə qatılmayacaq
ABŞ Konqresinin Nümayəndələr palatasında erməni lobbisinin qabaqcıllarından olan respublikaçı Corc Radanoviç 2010-cu ildə Konqresə seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Konqresə 1994-cü ildə seçilən 54 yaşlı siyasətçi həyat yoldaşının 3 ildir xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Ailəmin mənə ehtiyacı var. Bu mübarizədə qalib gəlmək üçün onların yanında olmaq istəyirəm. Bu səbəbdən 2010-cu il seçkilərində yenidən namizəd olmamaq qərarına gəlmişəm”.

10 ildir ki, ABŞ Konqresində hər fürsətdə qondarma erməni iddialarını dəstəkləyənlərin öncüllərindən olan Corc Radanoviç Kalifoniya ştatından olan senator Ceff Denhamın onu Konqresdə əvəz etməsini istəyib və yeni namizədə dəstək verəcəyini açıqlayıb. Ceff Denham isə Corc Radanoviçin təklifindən qürur duyduğunu və 2010-cu ildə Konqresə namizəd olacağını bildirib.

Corc Radanoviçin yerini tutacaq real namizədlər arasında Kaliforniya ştatındakı Fresno şəhərinin keçmiş bələdiyyə başçısı Cim Pettersonun da adı çəkliri. O, 20 aprel 1999-cu ildəki açıqlamasında qondarma erməni soyqırımını tanıdığını bəyan etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar