Erməni əsirin qohumları Qırmızı Xaça hücum çəkdi
14 Aprel 2014 Bazar Ertəsi 23:56
Hazırda BMT Akop İnciqulyan üçün üçüncü ölkə axtarır.
Azərbaycanda əsirlikdə olan erməni əsgəri Akop İnciqulyanın qohumları bu gün İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin qarşısında etiraz aksiyası keçiriblər.
ANS PRESS-in məlumatına görə, Akop İnciqulyanın qardaşı Arutyun İnciqulyan bildirib ki, qardaşından uzun müddətdir ki, xəbər yoxdur. “Qırmızı Xaçın təmsilçiləri bildirirlər ki, indi bu məsələ ilə BMT məşğul olur və onlar bu barədə heç nə danışa bilməzlər”,- deyə Arutyun İnciqulyan vurğulayıb.
Onun sözlərinə görə, onları həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi Sara Epreht qəbul edib və bildirib ki, hazırda BMT Akop İnciqulyan üçün üçüncü ölkə axtarır.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan 2013-cü il avqustun 8-də saat 3-də Azərbaycan-Ermənistan ordularının təmas xəttini keçib.
DOSTLARINLA PAYLAŞ: