Erməni əsgər xəstəlikdən öldü
11 İyul 2012 Çərşənbə 19:26
Akop Sarkisyan hərbi xidmətə 2012-ci ilin baharında çağırılıbmış.
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi qarnizonunun İərəvanda yerləşən həbi hospitalında əsgər ölümü faktı qeydə alınıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 18 yaşlı sıravi Akop Sarkisyan xəstəlikdən ölüb. Gəncin iyulun6-da kəskin respirator xəstəlik diaqnozu ilə hospitala yerləşdirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Akop Sarkisyan hərbi xidmətə 2012-ci ilin baharında çağırılıbmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar