Erməni əsgər tutuldu
30 Avqust 2014 Şənbə 15:56
Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan ələ keçirilib.
Erməni əsgər yoldaşını öldürən şəxs saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan tutulub. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiq edib.
Qeyd edək ki, avqustun 28-də Ermənistan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsinin döyüş postunda sıravi əsgər Vladimir Ayrapetyan (1995-ci il təvəllüdlü) başından güllə yarası alıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: