Erməni əsgər öldü, zabit isə yaralandı
20 Mart 2014 Cümə Axşamı 13:41
Ermənistan mətbuatı insidentin Azərbaycanın işğal altında olan Ağdərə rayonunda baş verdiyi yazır.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 20 yaşlı əsgər Armen Qukasyan bu gün öldüyü deyilir. Məlumatda onun tapşırığı yerinə yetirərkən öldüyü bildirilir. İnsident Ağdərə rayonunda qeydə alınıb.
İnsident zamanı erməni zabit Varazdat Zakaryanın yaralandığı bildirilir. Rütbəsi açıqlanmayan 26 yaşlı zabit Xankəndidə yerləşən tibb mərkəzinə yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: