Erməni əsgər acından öldü
23 İyul 2012 Bazar Ertəsi 09:43
Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi bununla bağlı xəbər yayıb.
İyulun 22-də Ermənistanın Bürq rayonundakı hərbi hissənin əsgəri Asat Saradyanın dəfn mərasimi keçirilib. Ermənistan KİV-lərinin verdiyi məlumatda deyilir ki, mərasimdə dövlət əleyhinə şüarlar səsləndirən valideynlər prezident Serj Sarkisyandan övladlarının hərbi hissələrdə qətlə yetirilməsinə son qoyulmasını tələb ediblər.
Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisindən verilən xəbərdə bildirilir ki, əsgər A.Saradyan mədəsindəki ağrılar və yemək yeyə bilməməsi ilə bağlı hərbi hissənin tibb məntəqəsinə dəfələrlə müraciət edibmiş. Lakin onu müayinə edib hərbi hospitala göndərmək üçün rüşvət tələb ediblər. Tələb olunan pulu vermək imkanında olmayan əsgər baxımsızlıq ucbatından daxili qanaxma nəticəsində ölüb.
HVA-nın apardığı araşdırmadan sonra məlum olub ki, qida çatışmazlığı nəticəsində əsgər A.Saradyanda mədə xorası əmələ gəlmişdir. Müalicə olunmadığı üçün onun yarası qanaxma vermiş və əsgər daxili qanaxmadan ölüb.
DOSTLARINLA PAYLAŞ: