Erməni dünya çempionu ölüm hökmünə layiq görüldü
11 May 2010 Çərşənbə Axşamı 17:25
Vaan Açemyana qarşı hökm avqustun 2-də icra olunacaq.
ABŞ-ın Los-Anceles şəhərinin Federal Məhkəməsi erməni əsilli güləşçi Vaan Açemyanı adam oğurluğunda təqsirli bilib. 42 yaşlı idmançı Sandro Karmryanı qaçıraraq onun qaytarılması müqabilində 1 milyon dollar tələb etməkdə ittiham olunur.
Artıq Vaan Açemyan günahını səmimi etiraf edib. “San Francisco Chronicle” nəşrinin yazdığı məlumata görə, Vaan Açemyana qarşı ölüm hökmü tətbiq olunacaq. Ölüm hökmü avqustun 2-də icra olunacaq.
Xatırladaq ki, Vaan Açemyan 80-ci illərdə Ermənistan və SSRİ çempionu olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: