Erməni diasporu Türkiyənin düşməni deyilmiş
13 Fevral 2015 Cümə 06:50
Türkiyənin baş naziri Əhməd Davudoğlu: Erməni diasporu düşmən diaspor deyil.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün ölkədəki qeyri-müsəlman etniklərin liderlri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, “Ankara” palasda keçirilən və 4 saat davam edən görüşdə təxminən 50 nümayəndə iştirak edib. Etnik nümayəndələrinin problemləri ilə maraqlanan baş nazir erməni diasporunun düşmən olmadığını ifadə edib:

“Erməni diasporu düşmən diaspor deyil. Bizim diaspor açılımımız davam edəcək. ermənilərin acılarını hiss edirik. Heç bir şey əvvəlki kimi deyil və olmayacaq. Bütün problemləri həll edəcəyik”.

Bundan başqa Davudoğlu etniklərin yepiskop seçkisi və fond idarə heyətinin seçkisində olan problemlərinin də az vaxt ərzində həlli yolunun tapılacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar