Erməni diasporu amerikalı basketbolçunu türklərə qısqanır
16 Dekabr 2010 Cümə Axşamı 03:35
Erməni gənclər basketbolçu Kobi Brayanı türklərlə sövdələşmədən imtina etməyə çağırırlar
Los-Ancelesin erməni gəncləri “Los Angeles Lakers” basketbol klubunun oyunçusu Kobi Brayanı “Türkiyə Hava Yolları” şirkəti ilə bağladığı iki illik reklam müqaviləsindən imtina etməyə çağırır. Ermənilər basketğbolçunun “Türk Hava Yolları”nın Los-Anceles-İstanbul təyyarə reysinin reklam kampaniyasından iştirak etməməsini istəyirlər. Basketbolçunun çəkildiyi reklam çarxı gələn ildən ekranlara çıxmalıdır. Onu dünyanın 80 ölkəsində, o cümlədən, ABŞ və Avropada nümayiş etdirəcəklər. Kobi Brayanın reklam kampaniyasına görə alacağı qonorar açıqlanmır.

Qərbi Amerikadakı daşnak gənclərin nümayəndəsi Raffi Semerçyan “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, onlar etirazlarını basketbolçuya müxtəlif ollarla çatdırmaq niyyətindədirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar