Erməni deputatlar üçün “rüsvayçılıq dəhlizi”
11 İyun 2010 Cümə 02:15
İrəvanda rusdilli məktəblərin açılmasına qarşı etiraz aksiyası keçirilib.
Ötən gün Ermənistanda rusdilli məktəblərin açılmasına etiraz əlaməti olaraq yürüş və aksiya keçirilib. Aksiya Ermənistan parlamentinin binası qarşısında Milli Şuranın iclası ilə eyni vxatda baş tutub.
Aksiya iştirakçıları rusdilli məktəblərin açılması ideyasının müəllifi, təhsil naziri Armen Aşotyanın istefasını tələb ediblər. Ermənistan parlamentinin deputatları aksiya iştirakçılarının təşkil etdikləri “rüsvayçılıq dəhlizi”ndən keçməli olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: