Erməni deputat yol qəzasında öldü
08 Oktyabr 2009 Cümə Axşamı 23:15
İrəvan-Çarençavan yolunda deputat Melik Qasparyanın ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib
Ermənistanda Respublika Partiyasının üzvü, deputat Melik Qasparyanın ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə İrəvan-Çarençavan yolunda baş verib. “Avtomobildə sürücüdən başqa müxtəlif dərəcəli xəsarətlər alan daha bir sərnişin olub”, – deyə partiyadan verilən məlumatda bildirilir.
Qasparyan 1999-cu ildən 2003-cü ilədək Ermənistan parlamentinin deputatı olub. 2007-ci ilin may ayının 12-də Respublika Partiyasından proporsional qaydada deputat seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: