Erməni çempionun ailəsi Fransadan deportasiya edilir
23 Yanvar 2011 Bazar 01:45
Ermənistanda polis repressiyalarından qaçan ailə yenidən bu ölkəyə qaytarılır.
Fransada yaşayan erməni ailəsi deportasiya edilə bilərö. Ailə üzvlərindən biri bu ölkənin güləş üzrə çempionudur. Məlumatı “Nouvelles d’Arménie” yayıb. 18 yaşlı Qor Abramyan güləş üzrə Fransa çempionatında qalib gəlib və məşqçilər indidən onu 2016-cı ilin Ompiya oyunlarında görürlər. Lakin Fransa hökuməti erməni ailəsini Ermənistana deportasiya etmək istəyir. Qor Abramyan, bacısı və valideynləri Ermənistanda polis repressiyalarından qaçıblar və 2008-ci ildən Fransanın Qrasse şəhərində məskunlaşıblar.

Ötən ilin iyununda prefekt onlara Abramyan ailəsinə xəbərdarlıq edib ki, ölkəni tərk etməlidirlər. Güləşçinin atasının sığınacaq müraciətinə rədd cavabı verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar