Erməni çempion ABŞ-da 30 il azadlıqdan məhrum edildi
17 Fevral 2012 Cümə 16:20
Çempion iş ortağı olan həmyerlisini qaçırmaqda günahkar bilinib.
Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan güləş üzrə Ermənistan çempionu Vaan Acemyan 30 il müddətinə azadlıqdan məhrum edilib. ANS PRESS-in ABŞ mətbuatına isinadən verdiyi məlumata görə, çempion iş ortağı olan həmyerlisini qaçırmaqda günahkar bilinib.

Vaan Acemyan 2009-cu ildə Sandro Karmryanı qaçıraraq sonradan onun azadlığa buraxılması üçün 1 milyon tələb edib. Sandro Karmryan daha sonra çempion tərəfindən güllənərək öldürülüb. Vaan Acemyanın məhkəməsi zamanı ABŞ-ın federal məhkəməsinin hakimi Jaklin Nquyen bildirib: “Heç kim ittiham edilən şəxslərin onunla rəftarına layiq deyil”.

Qeyd edək ki, Vaan Acemyan cinayəti Şon Qibson və Suren Qaribyan adlı şəxslərlə birgə törədib. Şon Qibson 27 il, Suren Qaribyan isə 17,5 il müddəinə azadlıqdan məhrum edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar