Erməni Azərbaycan yeməklərini hazırlayacaq
30 Mart 2013 Şənbə 15:59
Mkrtç Manukyan Soçidə keçiriləcək Qış Olimpiadasında lavaşarası kabab və paxlava bişirəcək.
Rusiyada 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiadasında erməni aşbaz Azərbaycan xörəkləri hazırlayacaq. Artıq beynəlxalq yarışmanın hazırlıqlarına start verən Rusiya rəngarənglik üçün öz mətbəxi ilə yanaşı, digər ölkələrin də mətbəxini olimpiadaya iştirakçılarına təqdim edəcək.
Erməni aşbaz Mkrtç Manukyan olimpiadada Azərbaycan mətbəxinin nemətləri - lavaşarası kabab, paxlava hazırlayacaq.

Qeyd edək ki, Rusiya qış olimpiadasına 30 min ziyarətçinin gələcəyini düşünür. Onlara 8 min insanın xidmət edəcəyi planlaşdırılıb. Olimpiada restoranlarında xidmət isə 50 saniyə içində göstəriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar