Erl qasırğası ABŞ üçün təhlükə yaradır
31 Avqust 2010 Çərşənbə Axşamı 03:05
Erl qasırğası ABŞ üçün təhlükə yaradır. Hazırda küləyin sürəti saat 215 kilometr təşkil edir.
Atlantik okeanında başlayan “Erl” qasırğası güclənməkdə davam edir. O, beş ballıq Saffir-Simpson təhlükəlilik şkalası üzrəç dördüncü səviyyəyə çatıb. Hazırda küləyin sürəti saat 215 kilometr təşkil edir. Meteoroloqların sözlərinə görə, “Erl” güclənməkdə davam edəcək. Mütəxəssislər xəbərdarlıq ediblər ki, qasırğa ABŞ-ın Qərb sahilləri üçün təhlükə yarada bilər. Təhlükə Şimali Karolina ştatından Men ştatınadək geniş ərazini əhatə edir.

Hazırda “Erl”in episentri Puerto-Rikodan 230 kilometr qərbdə yerləşir. Puerto-Rikoda fırtına xəbərlarlığı edilib. Qasırğa saat 22 kilometr sürətlə şimal-qərbə hərəkət edir. Alimlərin hesablamalarına görə, qasırğanın hərəkət trayüektoriyası dəyşməsə, həftənin ortalarında ABŞ ərazisini çata bilər.

Qeyd edək ki, “Erl” hazırkı mövsümdə Atlantikada yaranan üçüncü qasırğadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar