Ərinin cinsiyyət orqanını kəsən qadına ömürlük həbs cəzası verildi
30 İyun 2013 Bazar 04:54
İki il əvvəl törədilmiş cinayətin məhkəməsi başa çatdı.
Öz keşmiş ərinin cinsiyyət orqanını kəsib və zibil xırdalayan dəzgahın içinə atan ABŞ-ın Kaliforniya ştatının Qarden Qrov şəhərinin sakini Ketrin Kyu ömürlük həbs cəzasına məhkum olundu. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumatab görə, 50 yaşlı qadın yalnız 7 ildən sonra şərti azadlığa çıxmaqla bağlı iddia qaldıra bilər. Vəkili bildirib ki, qadın uşaqlıqda üzləşdiyi, eləcə də əri tərəfindən məruz qaldığı zorakılıqlar səbəbindən psixi problemlərdən əziyyət çəkir.
Öz növbəsində onun əri bildirib ki, bədənin vacib hissəsindən məhrum olub və daha həyatı tam dəyərə malik deyil: "O, mənim xeyirxahlığa inamımı sarsıtdı. Mənim inamımı insanlara satdı".

Prokurorluğun məlumatına görə, Kyu 2011-ci ilin iyulunda keçmiş ərinə bıçaqla hücum edib. Bundan əvvəl isə qadın ona yuxu dərmanı verib. Əri yuxuya getdikdən sonra isə onu çarpayıya bağlayıb. Daha sonra kişinin yuxudan ayılmasını gözləyib və bu zaman onun cinsiyyət orqanını kəsib. O, kəsilmiş cinsiyyət orqanını zibil qalıqları doğramaq üçün mətbəxdə quraşdırılmış qurğuya atıb və onu işə salıb. Qadın yalnız bundan sonra təcili yardım çağırıb.

İnsident ərlə-arvadın boşanma mərhələsində olduqları dövrdə baş verib. Polis hadisə yerinə gəldikdən sonra qadın ərinə layiq olduğu cəzanı verdiyini bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar