Əri nahardan imtina edən qadın polis çağırıb
24 Dekabr 2009 Cümə Axşamı 20:55
Əri nahardan imtina edən qadın polis çağırıb. Hadisə Texas ştatında baş verib.
ABŞ-ın Texas ştatının sakininə qarşı "911" fövqəladə yardım xidmətinə son yarım ildə 30 dəfə əsassız zəng etdiyinə görə, ittiham irəli sürülə bilər. Amerikalı qadın bir dəfə zəng edərək bildirmək istəyib ki, əri onunla nahar etməkdən imtina edib.
Ötən cümə isə qadın "911" xidmətinə iki dəfə zəng edib. Birinci zəngdə o dəstəyi asıb, ikici halda isə dispetçer yalnız qışqırıq səsləri eşidib.
Bu zəngdən sonra amerikalının evinə gələn polislər müəyyən ediblər ki, o, ərinin onunla nahardan imtina etməsinə görə zəng edib. Daha sonra 53 yaşlı qadın iki həftə öncə baş verənləri polislərə danışmağa başlayıb.
Hazırda onu fövqəladə yardım xidmətindən sui-istifadə etdiyinə görə ittiham gözləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: