Əri homoseksual olan erməni qadınların etirafları
15 Mart 2014 Şənbə 23:23
Ermənistanda gizli homoseksuallar az deyil. Üzdən hörmətli, ailəcanlı kişi kimi görünürlər, əla insana bənzəyirlər.
“Ermənistanda gizli homoseksuallar az deyil. Üzdən hörmətli, ailəcanlı kişi kimi görünürlər, əla insana bənzəyirlər. Amma gizli həyatda qadın adı daşıyırlar, kişilərə meylli olurlar”.
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın “News.am” portalının əməkdaşı ilə söhbət edən 35 yaşlı Anuş adlı qadın söyləyib.
Anuş daha sonra 12 il öncə baş vermiş toyundan danışıb: “Mən, əlbəttə, onun homoseksual olduğunu bilmirdim. Amma sonra öyrəndim ki, onun kim olduğunu məndən başqa hamı bilirmiş. 23 yaşım vardı, ümumi tanışımız bizi bir araya gətirdi. Üzdən normal oğlan idi, qadın ədaları yox idi” deyən qadın il yarım sürən evlilik zamanı cəmi 2 dəfə intim münasibətdə olduqlarını bildirir.
Əri gündən günə ona qarşı daha da kobudlaşırmış və Anuş il yarım sonra ayrılmağa qərar verib. Məhz bundan sonra tanışları ərinin homoseksual olması barədə ona danışıblar. Sən demə, əri Ermənistandan kənarda bir nəfər kişi ilə yaşayırmış və İrəvanda onu tanıyanların əksəriyyəti bu barədə bilirmiş. Oğlanın ailəsi həddindən mühafizəkar imiş və bundan xəbərsiz olublar, oğullarını yenidən evləndiriblər. “İndi onun uşaqları və arvadı var. Amma mən özüm dəfələrlə onu cinsi azlıqlarla birlikdə görmüşəm… Məni belə adamlara yazığım gəlir, bütün həyatlarını yalan içində keçirirlər”,- deyə Anuş vurğulayıb.
Anuşdan fərqli 27 yaşlı Qayane hələ də homoseksualın arvadı olduğunu deyir: “Mən ona ilk baxışdan vuruldum. Mənə dedilər ki, o, homoseksualdır, amma mənim vecimə deyildi. Armen istedadı, intellekti, yumor hissi ilə xoşuma gəlirdi… Mən sevdiyimi ona etiraf etdim. Sadəlövhcəsinə düşünürdüm ki, böyük və işıqlı sevgi dağları əridə, homoseksualı heteroseksuala çevirə bilər. Biz evləndik. Bir ildən sonra qızımız oldu. Armen yaxşı atadır - həssas, diqqətli, qayğıkeşdir. Amma qızımız dünyaya gəldikdən yarım il sonra öyrəndim ki, onun kişi sevgilisi var. Özü etiraf etdi. Qızımız dünyaya gəldikdən sonra intim həyatımız da sona çatdı”,- deyə Qayane “News.am”ın əməkdaşına etiraf edib.
DOSTLARINLA PAYLAŞ: