Ergenekon, Balyoz və KCK istintaqları olmasaydı ölkədə çox qan axardı
08 Noyabr 2012 Cümə Axşamı 07:03
Keçmiş terrorçu Şemdin Sakık şahid kimi dindirildiyi “Ergenekon” məhkəməsində maraqlı iddialarla çıxış edib.
PKK terror təşkilatının 2-ci adamı hesab edilən, 15 ildir Türkiyədə həbsxanada saxlanılan Şemdin Sakık şahid kimi dindirildiyi “Ergenekon” məhkəməsində maraqlı iddialarla çıxış edib. Peşmanlıq qanunundan istifadə etmək üçün müraciət etdiyini deyən Sakık hərbi xidmətə getmək istədiyini deyib. “Mənə sabiq terrorçu, keçmişi cinayətlərlə dolu adam deyə bilərsiniz. Amma heç kim hazırda mənim günah işlədiyimi deyə bilməz. Bir çox insanla danışaraq onları dağa getməməyə (terrorçu qrupa qoşulmağa) razı saldım. Təslim olmağa qorxsalar da onların əksəriyyəti hazırda İraqda və ya Almaniyada yaşayır”.

Hərbi xidmətə getmək istədiyini deyən Sakık bu istəyinin rəmzi məna daşıdığını qeyd edib. “Pullu hərbi xidmət imkanım olmasına baxmayaraq əsgərliyə getmək istəyirəm. Bu ordu Türkiyənin ordusudur. Hərbi xidmətə gedərək kürd gənclərə, ordu sizindir, əsgərlik edin – demək istəyirəm”.

Terrorçu lider Abdullah Öcalanın yaxalanmasına əli olduğunu deyən Şemdin Sakık faydalı bir iş gördüyünə inandığını vurğulayıb. “1993-cü ildə baş vermiş hadisələrdən sonra ziyan görən ordu bir çox komandirlərini və generallarını itirdi. Bunu meydana çıxarmaq orduya xidmətdir. “Ergenekon”, “Balyoz”, “KCK” istintaqları olmasaydı bu gün ölkədə çox qan axardı. Bu səbəblə yaxşı iş gördüyümə inanıram”.

Qeyd edək ki, Şemdin Sakık uzun müddətdir “Ergenekon” istintaqı çərçivəsində gizli şahid kimi ifadə versə də 2 gün əvvəl adının açıqlanmasını istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar