Erefatın zeherlenib öldürüldüyü tesdiqlendi
06 Noyabr 2013 Çərşənbə 21:31
Bu barede Felestin liderinin ekspertizanı elde etmiş dul qadını bildirib.
Yasir Erefatın 2004-cü ilde ölüm sebebini araşdıran ekspertlerin reyi onun poloniumla zeherlendiyini ortaya çıxarıb. ANS PRESS “Reuters” agentliyine istinaden bildirir ki, bu barede Felestin liderinin ekspertizanı elde etmiş dul qadını bildirib. "esil cinayetin üstü açılıb. Bu siyasi qetl olub", - deye Parisde yaşayan Suha erafat bildirib.
Agentliyin melumatına göre, qadın ekspertiza neticelerini İsveçrenin Lozanna şeherinde yaşayan Radiofizika İnstitutundan alıb. Orada bir il erzinde Felestin Milli Administrasiyasının banisinin ve birinci liderinin qalıqları araşdırılıb. Neticeler Felestin rehberliyine de teqdim edilib.
Nobel sülh mükafatı laureatı Yasir erefat 11 noyabr 2004-cü il tarixde Paris yaxınlığındakı herbi hospitalda dünyasını deyişib. Onun eşyalarında ve bioloji madde nümunelerinde polonium - 210 tapıldıqdan sonra bununla bağlı tehqiqat başlanıb.
DOSTLARINLA PAYLAŞ: