Ərəblərin zehni inqlaba da ehtiyacı var
05 Yanvar 2012 Cümə Axşamı 07:15
Səudiyyə Ərəbistanı vətəndaşı öz oğlunu sosial şəbəkə saytında satışa çıxarıb.
Səudiyyə Ərəbistanı vətəndaşı olan Səud bin Nasir əl Şəhri öz oğlunu sosial şəbəkə saytı “Facebook”da satışa çıxarıb. Bu barədə məlumatı İngiltərədə ərəbcə nəşr olunan “Şərqul Əvsat” (Orta Şərq) qəzeti yayıb. Qəzet ərəbin oğlu üçün 20 milyon dollar istədiyini yazıb. Dolanışığının çətin olduğunu bildirən ata oğlunun anasına və bacısına daha yaxşı həyat şərtləri təmin etmək üçün belə bir qərar qəbul etdiyini deyib.

Qeyri-qanuni olan mağazası bağlanan və yaşı 35-dən çox olduğu üçün dövlətdən yardım ala bilməyən əl Şəhrinin satış üçün bit şərti də var. Ərəb oğlunu alacaq insanın harada yaşadığını da öyrənmək istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar