Erebler prezidentin teyyaresini ölkeye buraxmadılar
06 Avqust 2013 Çərşənbə Axşamı 03:46
Ömer el-Beşirin teyyaresi Xartuma geri qayıtmağa mecbur edilib.
Səudiyyə Ərəbistanı İrana səfər edən Sudan prezidenti Ömər Əl-Bəşirin təyyarəsinin ölkənin hava hövzəsinə daxil olmasına icazə verməyib. ANS PRESS-in "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, Sudanın dövlət xəbər agentliyinin verdiyi məlumatda cənab Bəşirin təyyarəsinin Səudiyyə Ərəbistanının aviasiya rəsmilərinin təyyarənin ölkənin hava hövzəsinə daxil olmasına icazə verməməsindən sonra geri dönməyə və Xartuma geri qayıtmağa məcbur edildiyi bildirilib.
Sudan dövlət xəbər agentiyi cənab Bəşirin Səudiyyə Ərəbistanının çarter təyyarəsi ilə İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər etdiyi və təyyarənin əvvəlcədən Səudiyyə Ərəbistanı üzərindən uçmasına icazə alındığı haqda məlumat verib.
Səudiyyə Ərəbistanı rəsmiləri hələlik heç bir açıqlama verməyib və cənab Bəşirin təyyarəsinin ölkə üzərindən uçmasına icazənin verilməməsinin səbəblərini də izah etməyib.
DOSTLARINLA PAYLAŞ: