Ərəbistanda yeni cəza növü
20 Avqust 2010 Cümə 17:50
Bu dəfə məhkumu iflic etmək nəzərdən keçirilir.
Səudiyyə Ərəbistanı məhkəməsi cəza tədbiri kimi məhkuma qarşı iflic etmə cəzasının tətbiq olunmasını nəzərdən keçirir. Belə ki, iki il bundan öncə 22 yaşlı Əbdül-Əziz əl-Mutarii adlı bir şəxs dava-dalaş zamanı bıçaqlanma nəticəsində iflic olub. Məhkəmə zamanı isə zərərçəkən, islam qanunlarına uyğun olaraq təqsirləndirilən şəxsə onun törətdiyi əmələ uyğun cəza verilməsini istəyib.

Məhkəmə müəyyən edib ki, bəzi xəsətəxanalar insanın onurğa beyninə təsir etməklə onu tam hərəkətsiz vəziyyətə gətirə bilərlər. Xəsətəxanalardan biri bu cür əməliyyatın həyata keçirilməsi üçün daha müasir texnologiyanın tələb olunduğunu bildirib. Digər bir xəstəxana ölüm riskinin yüksək olması səbəbindən bu cür əməliyyatın keçirilməsindən imtina edib.
Cəzanın tətbiq edilib-edilməyəcəyi ilə bağlı isə hələlik yekun qərar qəbul olunmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar