Ərəbistan kralı Amerikaya gedib
24 Noyabr 2010 Çərşənbə 06:50
Səhiyyə nazirliyi onun qanının laxtalaşdığını, bunun onda əsəb gərginliyi yaratdığını və ağrılara səbəb olduğunu bildirib
Səudiyə Ərəbistanı kralı Abdullah tibbi müayinə üçün ötən gün Nyü Yorka gedib. 86 yaşlı monarxı Səudiyyə Ərəbistanı xarici işlər naziri Səud əl Faysal və bir sıra rəsmilər Nyu York Con Kenedi hava limanında qarşılayıb. Kral Abdullahın dəqiq harada müalicə olunacağı haqda məlumat isə verilmir. Səhiyyə nazirliyi onun qanının laxtalaşdığını, bunun onda əsəb gərginliyi yaratdığını və ağrılara səbəb olduğunu bildirib. Qeyd edək ki, Səudiyə Ərəbistanı kralının Birləşmiş Ştatlara gəlməsini Dövlət Departamenti təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar