Ərəb qadınlar Klinton və Eştondan yardım istəyib
21 İyun 2011 Çərşənbə Axşamı 06:52
Təşkilat Klinton və Eştondan Ərəbistanda qadınlara sürücülük hüququ verilməsini dəstkləyən çıxışlar etmələrini xahiş edib.
"Saudi Women for Driving" adlı təşkilat Səudiyyə Ərəbistanında qadınlara sürücülük hüququ verilməsi üçün ABŞ dövlət katibi Hillari Klinton ilə Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştona məktub yazaraq bu xanımlardan yardım istəyib. Təşkilat yazdıqığı məktublarda Klinton və Eştondan Ərəbistanda qadınlara sürücülük hüququ verilməsini dəstkləyən çıxışlar etmələrini xahiş edib.

Ərəb aksiyaçılar ərəb dünyasında olan üsyanların onlarda ümid yaratdığını, bu addımlarının Qərb dünyası tərəfindən dəstəklənməyə layiq olduğunu bildiriblər.

Qeyd edək ki, bir çox müsəlman ölkədə qadınlar avtomobildən istifadə edir və dünyada qadınların sürücülük etməsinə məhdudiyyət qoyan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar