Ərəb ölkələri Suriya münaqişəsini müzakirə edir
27 Mart 2013 Çərşənbə 08:30
Qətərin paytaxtı Dohada Ərəb Ölkələri Liqasının 24-cü sammiti öz işinə başlayıb.
İki gün davam edəcək sammitin gündəliyində olan əsas məsələ Suriyadakı münaqişədir. Sammitdə ərəb ölkələrinin nümayəndə heyətləri ilə yanaşı, bir çox ərəb dövlət başçıları, o cümlədən, Misir prezidenti Məhəmməd Mursi də iştirak edir. Suriya nümayəndə heyətinə isə milli koalisiyanın keçmiş rəhbəri, ötən bazar istefa verdiyini açıqlayan Moaz Əl-Xətib başçılıq edir.

İlk dəfə olaraq, Ərəb Ölkələri Liqası sammitində Suriyanı müxalifət qüvvələri təmsil edir. Suriyanı müxalifətin təmsil etməsini İraq, Əlcəzair və Livan kimi ölkələr yaxşı qəbul etməyiblər. Xatırladaq ki, Suriyanın Ərəb Ölkələri Liqasına üzvlüyü 2011-ci ildə dayandırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar