11 ərəb ölkəsi Ədən körfəzində, Qırmızı dənizdə və Hind okeanının qütb hissəsində dəniz piratlarına qarşı vahid hərbi dəniz qruplaşması yaratmaq barədə razılığa gəliblər. Bu barədə Ria Novosti Yəmənin “Əl-Ayəm” qəzetinə istinadən xəbər verib.
Səudiyyə Ərəbistanında dünən keçirilən konfransda Qırmızı dəniz hövzəsi və Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin nümayəndələri və hərbi-dəniz qüvvələrinin komandanları iştirak ediblər. Konfransda “Ər-Riyadın bəyanatı” adlı sənəd qəbul edilib. Sənəd qruplaşmanın əsas məqsədlərini, iş mexanizmini müəyyənləşdirir.
Qəzetin yazdığına görə, qruplaşmada Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn, Qətər, Oman, Yəmən, Misir, İordaniya, Sudan və Cibuti kimi ölkələr daxildir. /ANSPRESS/